Xəzər Xəbər

Məşhur “avtoş”un qatili keçmiş məhkum imiş

Hadisə | 14:09 • 19 Noyabr 2018
Məşhur “avtoş”un qatili keçmiş məhkum imiş
Noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən C.Babayev saat 17 radələrində ölüb. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş "İJ” markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Qeyd eədk ki, öldürülən Cabir Babayev Bakının məşhur "avtoş”larından olub və "Cabir-012” adı ilə tanınıb.

Xəbər lenti