Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏT: Ana doğduğu körpəsini öldürdü

Hadisə | 16:35 • 17 Noyabr 2018
Azərbaycanda DƏHŞƏT:

Körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və ...

Azərbaycanda ana yeni doğduğu körpəsini öldürüb.

Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə Lənkəranda qeydə alınıb.

Lənkəranın Girdəni kənd sakini, 1997-ci il təvəllüdlü Fəridə Üzeyir qızı Kərimzadə on gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib. Göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq körpə noyabrın 15-də orada dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, F.Kərimzadə həmin körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, "dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu” diaqnozu ilə qeydiyyata götürülüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
306 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024