Xəzər Xəbər

Hadisə yerindən yayınan sürücülər saxlanılıblar

Hadisə | 14:23 • 22 Oktyabr 2018
Hadisə yerindən yayınan sürücülər saxlanılıblar

Ölümlə və xəsarətlə nəticələnmiş yol qəzaları törədərək hadisə yerindən yayınan sürücülər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yolu keçən piyadanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində ölməsi barədə 10-cu polis bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və həmin şəxsin qəsəbə sakini Süleyman Nəbiyev olduğu müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən "Daewoo” markalı 211 saylı xətt avtobusunun sürücüsü, Bakı şəhər sakini Fərhad Ağayev saxlanılıb.


Oktyabrın 20-də saat 20 radələrində Abşeron Rayon Polis İdarəsinə Saray qəsəbəsi ərazisində yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibovun müəyyən edilməmiş avtomobillə vurulması və aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanın "Mitsibishi” markalı avtomobillə törədildiyi, sürücünün isə hadisə yerindən yayındığı müəyyən edilib. Görülmüş tədbirlərlə Bakı şəhər sakini Vüqar Cumayev polis əməkdaşları tərəfindən saxlanılıb.


Hər iki faktla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
239 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti