Xəzər Xəbər

Bank əməkdaşları gecə saat 2-nin yarısında... Bakıda qeyri-adi olay

Hadisə | 15:27 • 14 Oktyabr 2018
Bank əməkdaşları gecə saat 2-nin yarısında...
Bakı sakini avtomobilinin qaçırılması ilə bağlı polisə müraciət edib.

Xətai rayonu Neapol küçəsində yaşayan 1980-ci il təvəllüdlü Salahova Əsmət Sahib qızı polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus olan "Ford Edge” markalı avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Onun sözlərinə görə, maşını park edib və mənzilə gedib. Səhər saatlarında isə maşının yoxa çıxdığını görüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Salahovanın banka xeyli miqdarda borcu var. Bu səbəbdən də bank nümayəndələri gecə saat 01:30 radələrində 90 SG 757 dövlət qeydiyyat nişanlı avtomobili apararaq Sabunçu rayonu B.Bünyatov küçəsindəki duracağa yerləşdirib.

Bank nümayəndəsi məsələ ilə bağlı məhkəmə qərarının olduğunu bildirib.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.(publika.az)

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
322 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024