Xəzər Xəbər

Oğurladığı maşınla tutuldu

Hadisə | 14:04 • 27 Sentyabr 2018
Oğurladığı maşınla tutuldu
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb.


DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, Nizami RPİ 23-cü PB və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də Müsamir Qasımova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Həbib Hüseynov paytaxt ərazisində avtomobillə birgə saxlanılıb.

Xəbər lenti