Xəzər Xəbər

Hövsanda naməlum kişi meyiti tapılıb

Hadisə | 15:08 • 21 Sentyabr 2018
Hövsanda naməlum kişi meyiti tapılıb
Sentyabrın 20-si saat 08:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, meyit tapılan zaman qollarında kəsilmiş xəsarətlər aşkar edilib. Onun xarakterik əlamətləri: boyu 175-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır.


Gözlərinin rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin 050-393-22- 22 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
218 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti