Xəzər Xəbər

MTX Ermənistanda irimiqyaslı anti-korrupsiya əməliyyatına başladı

Hadisə | 11:35 • 29 Avqust 2018
MTX Ermənistanda irimiqyaslı anti-korrupsiya əməliyyatına başladı
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkə ərazisi üzrə bütün əyalət icra orqanları və icma idarələrində irimiqyaslı anti-korrupsiya əməliyyatlarına başlayıb.


Bu barədə nüfuzlu "Jamanak” qəzeti MTX-dəki mənbələrinə istinadən məlumat yayıb.


Qeyd olunur ki, bütün Ermənistanı əhatə edən əməliyyatlarda MTX əyalət administrasiyaları və şəhər meriyalarının, icma idərələri və hətta ən ucqar ərazilərdəki icra orqanlarının fəaliyyətini ciddi şəkildə yerindəcə yoxlayacaq, mümkün qanun pozuntuları və korrupsiya faktlarını aşkarlamağa çalışacaq.


Əməliyyatların miqyası və cəlb edilən strukturların əhatə dairəsi çox geniş olduğundan qalmaqallı faktların aşkarlanacağı istisna edilmir. /azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti