Xəzər Xəbər

Ağacları zədələyən şəxs cərimələndi

Hadisə | 10:30 • 24 Avqust 2018
Ağacları zədələyən şəxs cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.


XəzərXəbər nazirliyin saytına istinadən xəbər verir ki, reyd zamanı Gəncə şəhər Nizami rayonu ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı iri diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib.



Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Samir Hacıyev tərəfindən tikinti işləri aparılarkən zədələndiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub. Ağaclara aqrotexniki xidmət göstərilməsi məqsədilə S.Hacıyevə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
304 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024