Xəzər Xəbər

Zəlzələ 200 metrlik binanı əydi

Hadisə | 11:14 • 22 Avqust 2018
Zəlzələ 200 metrlik binanı əydi
Venesuelada baş verən güclü zəlzələ nəticəsində 200 metrlik göydələn əyilib.


Ölkənin daxili işlər naziri Nestor Luis Reverol bildirib ki, paytaxt Karakasda David qülləsi kimi tanınan göydələnin son 5 mərtəbəsinin 25% əyilib.


Libertador bələdiyyəsinin mülki müdafiə rəisi Ernan Mateo isə bildirib ki,bina istənilən an çökə bilər.

Qeyd edək ki, Venesuelanın Sukre ştatında güclü zəlzələ baş verib. Zəlzələnin maqnitudası 7,3, dərinliyi 113 kilometr olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti