Xəzər Xəbər

Evdən 3 kiloqrama yaxın marixuana götürülüb

Hadisə | 17:06 • 16 Avqust 2018
Evdən 3 kiloqrama yaxın marixuana götürülüb
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, əldə edilən məlumat əsasında Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirinbəy kənd sakini Amid Cəfərova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, evindən isə 2 kiloqram 700 qram marixuana aşkarlanaraq götürülüb.


Daxil olmuş əməliyyat məlumatı əsasında Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən isə Mərdəkan qəsəbəsi ərazisində yaşayan Emin Nəcəfovun evinə baxış keçirilib və oradan 355 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
298 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024