Xəzər Xəbər

İrandan narkotik gətirən cinayətkar qrup ifşa olundu

Hadisə | 10:00 • 16 Avqust 2018
İrandan narkotik gətirən cinayətkar qrup ifşa olundu
Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirlir.


DSX-nın mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, 09 avqust 2018-ci il tarixdə Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­publikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb. Dərhal keçirilmiş sərhəd axtarışı əməliyyatı nəticəsində 2 nəfər İran İslam Respublikası vətən­daşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əh­məd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn sax­lanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazi­də gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram meta­fitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.




Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul et­mək üçün əraziyə gəlmiş "Hunday Elantra” markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mir­tağı Süleyman oğlu və İran vərəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əş­yalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.



Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticə­sində İİR vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilmiş baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib.



Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitə­lərin satışının təşkilatçısı Ağcəbədi rayon sakini 1975-ci il təvəllüdlü Əli­yev Hümmət Yusif oğlu saxlanılıb, onun mənzilindən 1 ədəd göz­yaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd "Lirika” psixotrop həb­ləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
216 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti