Xəzər Xəbər

Yüksək maaş almaq üçün fırıldağa əl atdılar

Hadisə | 11:23 • 15 Avqust 2018
Yüksək maaş almaq üçün fırıldağa əl atdılar
Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, ixtisas, qrup və fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirilib.


XəzərXəbər xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.


Məlumatda qeyd olunub ki, eyni gün və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib, kitabxanalarda kitab verilişinin və oxucu sayının əsassız olaraq artırılması hesabına əməkhaqlarının aylıq ödəniş dərəcələri yüksək müəyyənləşdirilib və müxtəlif vəzifələr üzrə artıq ştat vahidləri saxlanılıb, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsinə icbari sığorta üçün, habelə onun istismarı adı ilə yanacaq və ehtiyat hissələrinin alınmasına vəsait xərclənib, işçiyə verilməsi sənədləşdirilmiş xeyli məbləğdə ezamiyyə haqqı faktiki olaraq işçiyə verilməyib, yeni alınmış və istismar müddəti başa çatmamış çoxlu sayda avadanlıqlar əsassız olaraq uçotdan silinib, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsi həvalə edilib.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
219 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti