Xəzər Xəbər

Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

Hadisə | 14:50 • 21 İyul 2018
Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü:

Dağıstanın şərqində yerləşən İzberbaş şəhərində içərisində azərbaycanlıların olduğu "QAZel” və minik avtomobili toqquşub. Nəticədə, 2 nəfər ölüb, 10 azərbaycanlı yaralanıb.


Virtualaz.org xəbər verir ki, qəza ilə bağlı Rusiya mətbuatı məlumat yayıb.


Hadisə "Qafqaz” federal avtomobil yolunda baş verib. Dağıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Digərləri isə yüngül dərəcəli xəsarətlər alıblar. Onların arasında azyaşlı yoxdur.


"Yaralılardan ikisi müalicə üçün Mahaçqalaya göndərilib. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”, - deyə məlumatda qeyd olunur.


Qəzaya düşən azərbaycanlıların Dağıstana işləməyə gəldikləri bildirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
321 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024