Xəzər Xəbər

Borca görə axtarılan 42 nəfər saxlanılıb

Hadisə | 10:14 • 14 İyul 2018
Borca görə axtarılan 42 nəfər saxlanılıb
Ötən gün ərzində respublika ərazisində daxili işlər orqanları tərəfindən 94 cinayət faktı qeydə alınıb, onların da 9-u "isti izlər”lə açılıb.


DİN-in mətbuat xidmətində XəzərXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti