Xəzər Xəbər

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb

Hadisə | 12:03 • 12 İyul 2018
Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, məlum qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

R.Quliyev həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
303 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024