Xəzər Xəbər

Bakıda daha bir qanunsuz bina tikintisinin qarşısı alındı

Hadisə | 12:24 • 11 İyul 2018
Bakıda daha bir qanunsuz bina tikintisinin qarşısı alındı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 5-ci mikrorayonunun sakinləri tərəfindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olub.


Komitədən XəzərXəbər-ə verilən xəbərə görə, müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğluHüseynov tərəfindən5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilib.


Aparılan araşdırma nəticəsində məlum olub ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq, həmin proses başa çatdırılmayıb və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda tikintiyə icazə verilməyib. Eyni zamanda, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilib.

Belə ki, mövcud 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilməyib.

Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri və Nəsimi rayonu icra hakimiyyətlərinə 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli binaların arasında 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı icrası məcburi olan "Göstəriş” göndərilib.

Göndərilən sənədə əsasən, hazırda həmin ünvanda tikinti məqsədləri üçün aparılan işlərin dayandırılması, habelə ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə tədbirlər görülməlidir. Eyni zamanda, məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
240 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti