Xəzər Xəbər

Qanunsuz balıq ovu edən şəxs saxlanılıb

Hadisə | 11:02 • 9 İyul 2018
Qanunsuz balıq ovu edən şəxs saxlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.


ETSN-dən XəzərXəbər-ə verilən məlumata görə, Mingəçevir su anbarının Yevlax rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb.


Qanun pozucusu Yevlax rayon sakini Şəhriyar Hüseynovdan 13 ədəd sıf balığı, 1 ədəd sintetik saplı tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 429 manat məbləğində iddia qaldırılıb.

Faktla bağlı qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

Xəbər lenti

Çox oxunanlar