Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Hadisə | 11:17 • 4 İyul 2018
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 101 cinayət faktından 15-nin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə doqquz nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə bir nəfər, borclu şəxs qismində axtarışda olan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, altı nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Xəbər lenti