Xəzər Xəbər

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Hadisə | 13:27 • 25 May 2018
Piyadanı öldürüb qaçan sürücü tutuldu

Bu il martın 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, yol polisi əməkdaşları xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıblar.

Zərərçəkmişin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb.

Həkimlərin səyinə baxmayaraq, ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin "Mercedes” markalı avtomobillə törədildiyi müəyyənləşib.

Kürdəmir RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobili idarə edən Qazax rayon sakini Rauf Musayev saxlanılaraq istintaqa təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti