Xəzər Xəbər

Sumqayıtda polis əməkdaşı yol qəzasında ölüb - VİDEO

Hadisə | 12:28 • 15 May 2018
Sumqayıtda polis əməkdaşı yol qəzasında ölüb -

Sumqayıt şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az-ın xəbərinə görə, Bakı-Quba-Rusiya avtomobil yolunun 32-ci km-də qeydə alınmış avtoqəza zamanı "Hyundai" və "Ford" markalı avtomobillər toqquşub.

Məlumata görə, Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Bəkirzadə Xəyyam Yusif oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə paytaxt istiqamətində hərəkət edirmiş. Sərt və qaranlıq döngələrin birində onun avtomobili əks istiqamətdə gələn "Ford" markalı digər minik maşını ilə toqquşub.

Bundan sonra "Hyundai" markalı avtomobil alışaraq yanmağa başlayıb. Sürücü X.Bəkirzadə ətrafdakıların köməkliyi ilə yanan avtomobildən çıxarılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. "Ford"un sürücüsü və bir qadın sərnişin isə xəsarətlə Sumqayıt xəstəxanasına çatdırılıb.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır. Polis əməkdaşlarının verdiyi məlumata görə, dünyasını dəyişən X.Bəkirzadə Xızı Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı imiş.






Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
298 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024