Xəzər Xəbər

Təhsil İdarəsi məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə | 14:52 • 10 May 2018
Təhsil İdarəsi məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mayın 10-da saat Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

"Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib. Hadisə araşdırıldıqdan sonra əlavə məlumat veriləcək”, - BŞTİ-nin məlumatında bildirilib.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
215 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti