Xəzər Xəbər

Bakıda turist bələdçisi oğurluq etdi, yaxalandı

Hadisə | 13:30 • 7 May 2018
Bakıda turist bələdçisi oğurluq etdi, yaxalandı

Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib.

 

DİN-in Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, dərhal Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprelin 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.

 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək "isti izlər”lə saxlanılıb.

 

Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, evdə heç kimin olmadığını bilərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb. Mobil telefon maddi sübut kimi ondan götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.  Araşdırma aparılır.

 

Əcnəbi vətəndaşlar onların müraciətlərinə dərhal reaksiya verilməsinə və operativliyə görə polis əməkdaşlarına təşəkkür ediblər.     

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
236 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti