Xəzər Xəbər

Zürafə film çəkilişi zamanı rejissoru öldürüb

Hadisə | 11:29 • 6 May 2018
Zürafə film çəkilişi zamanı rejissoru öldürüb

Kinorejissor Karlos Karvalyo CAR-da film çəkilişi zamanı zürafənin hücumundan sonra dünyasını dəyişib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

Karvalyo turistlərin yabanı həyatı izləmək üçün gəldiyi yerli oyun fermalarından birində heyvanları iri planda çəkirmiş. Hansısa məqamda rejissora heç bir səbəb olmadan zürafə yaxınlaşıb və onu güclü zərbə elə vurub ki, kişi bir neçə metr kənara düşüb.

"Mən Karlosun yanında idim, birdən zürafə gözlənilmədən boynunu tərpətdi və onun başından vurdu. Karvalyo təqribən 4-5 metr kənara düşdü", — deyə hadisə şahidi olan operator Dirk van der Merv bildirib.

Rejissor Yohannesburq xəstəxanasına aparılsa da, başından aldığı xəsarətlərdən orada keçinib.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
239 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti