Xəzər Xəbər

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Hadisə | 13:30 • 25 Aprel 2018
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu istiqamətdə aprelin 24-də keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.


Belə ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini Əlixan Məmmədovdan şəxsi axtarış zamanı marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindəki qarajda gizlətdiyi 485 qram marixuana da aşkar edilərək götürülüb.


Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Tağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu, yaşadığı evdən isə gizlətdiyi çəkisi 435 qram marixuana aşkarlanıb.


Saxlanılan şəxslər götürülümüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.


Faktlarla bağlı cinayət işləri başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti