Xəzər Xəbər

Bakı metrosunda qumbara tapılıb - FOTO

Hadisə | 17:42 • 20 Aprel 2018
Bakı metrosunda qumbara tapılıb -

Bu gün saat 12:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan xezerxeber.az-a verilən xəbərə görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə ″Bakı Metropolteni″ QSC-nin N.Nərimanov adına Elektrik deposunun ərazisinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü və 20 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
312 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024