Xəzər Xəbər

Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı və... DƏHŞƏTLİ TƏFƏRRÜAT

Hadisə | 13:50 • 4 Aprel 2018
Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı və...

Qəbələ rayon Tikanlı kənd sakini Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin törətdiyi cinayətin təfərrüatları bəlli olub.

Qəbələ rayon Tikanlı bələdiyyə nümayəndəsinin verdiyi məlumata görə Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis bölməsində qeydiyyatda olublar:

"Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olurdu. Kənddə onların ailəsi demək olar ki, ad çıxarıb. Cinayətin nə zaman törədildiyini deyə bilmərəm, amma cəsəd dünən aşkarlanıb. Polisin araşdırmasına görə, Dursun Rəfiyevi həyat yoldaşı qayını ilə birlikdə qətlə yetirib. Cinayət elə öz evlərinin həyətində olub. Deyilənə görə, daş və küt alətlə başına vurub öldürüblər. Cəsədi də gizlətmək üçün həyətdə sanitar qovşağa atıblar. Dursun Rəfiyev və qardaşı elə ailəlikcə içki düşkünü olublar. Nə qızın ailəsi, nə də oğlanın ailəsi onlara müdaxilə edib. Qızın özü haqqında müsbət söz-söhbətlər deyilmir. Bəziləri deyir qaynı ilə hansısa münasibətləri olub. İndi Vüsalə və Vüsal hər ikisi nəzarətdə saxlanılır. İstintaq davam edir”.

Xatırladaq ki, ailənin 2 azyaşlı (qız, oğlan) övladı var. Uşaqlar Vüsalə Məmmədşərifovanın anasının yanında qalır.

***

Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb.

Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./publika.az

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
324 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024