Xəzər Xəbər

ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb

Hadisə | 09:57 • 4 Aprel 2018
ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb

ABŞ Dəniz piyada korpusuna məxsus vertolyot Kaliforniyanın cənubunda, El-Sentro şəhərində qəzaya uğrayıb.

Hadisə nəticəsində 4 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.

"CH-53E Super Stallion" helikopterinin standart təlim zamanı qəzaya uğradığı bildirilsə də, hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Fakt araşdırılır. Ekipaj üzvlərinin axtarışına başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti