Xəzər Xəbər

FHN Qazaxda ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə | 10:15 • 4 Aprel 2018
FHN Qazaxda ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

FHN Qazaxda ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb.

Əməliyyat başa çatıb.

Xəbər lenti