Xəzər Xəbər

Xaçmaz sakininə “atdığı” pulla borcunu bağladı

Hadisə | 15:09 • 3 Aprel 2018
Xaçmaz sakininə “atdığı” pulla borcunu bağladı
Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, 2016-ci ilin iyul ayında Xızı Rayon Polis Şöbəsinə müraciət edən Yaşma sakini Azad Cəlilov qeyd edib ki, İlqar adlı şəxs ona yalan vəd verərək 2015-ci ilin iyul ayında ona məxsus Siyəzən rayonu ərazisində yerləşən daş karxanasından ümumi dəyəri 33189.00 manat olan tikinti materialını əvəzsiz olaraq alaraq pulunu mənimsəyib.

Xızı Rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış edilən Bakı şəhər sakini İlqar Məmmədov Quba RPŞ əməkdaşları tərəfindən 01 aprel tarixində rayon ərazisində saxlanılaraq istintaqa təqdim edilib.

Ətrafında keçirilmiş tədbirlərlə məlum olub ki, İ.Məmmədov zərərçəkmiş A.Cəlilovdan dələduzluq yolu ilə əldə etdiyi çınqıl materialını qabaqcadan külli miqdarda borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova hər tonu 9 (doqquz) manatdan sataraq borcunu ödəyib.

Qeyd edilən faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
226 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti