Xəzər Xəbər

Gömrükdən 36 kq qızıl keçirmək istədi, tutuldu

Hadisə | 10:28 • 24 Mart 2018
Gömrükdən 36 kq qızıl keçirmək istədi, tutuldu
Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.


XəzərXəbər
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, "Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar). Faktla bağlı istintaq aparılır.

Xəbər lenti