Xəzər Xəbər

Azyaşlının üzərinə qaynar su dağıldı Bakıya gətirildi

Hadisə | 16:46 • 20 Mart 2018
Azyaşlının üzərinə qaynar su dağıldı

Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.

Hadisə rayonun Təklə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2017-ci il təvəllüdlü Tağıyeva Aynur Kəmaləddin qızının üzərinə qaynar su dağılıb. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.

Azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğu üçün paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti