Xəzər Xəbər

Salyanda GÖRÜNMƏMİŞ CİNAYƏT: Qadın xalatı ilə oğurluq edən şəxs ələ keçdi

Hadisə | 14:14 • 20 Mart 2018
Salyanda GÖRÜNMƏMİŞ CİNAYƏT:

Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan və rayonun Arbatan kəndində yaşayan 1996-cı il təvəllüdlü Həsənov Əliağa Rövşən oğlu şəhər sakini Tağıyev Mahmud Alıkişi oğlunun həyətindən 200 manat dəyərində 1 baş xırdabuynuzlu heyvan oğurlayan zaman polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

İlkin dindirilmə zamanı məlum olub ki, Ə.Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini İmanov Vüqar İlqar oğlunun həyətindən dəyəri 350 manat olan "Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzullayev Feyzulla Səmədağa oğluna məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini, Hüseynov Rafael İman oğluna məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurladığı məlum olub.

Ə.Həsənov oğurluq etdiyi zaman qadın xalatından və gözünün rəngini dəyişmək üçün yaşıl linzadan istifadə edib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
240 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti