Xəzər Xəbər

Masallıda qəza: 4 nəfər yaralandı

Hadisə | 14:24 • 18 Mart 2018
Masallıda qəza:

Masallıda yol qəzası baş verib.

Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində 50-BU-623 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 15-BK-670 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Bunlar "VAZ 2106"-ın sürücüsü 1991-ci il təvəllüdlü Natiq Ədalət oğlu Ağayev və onun sərnişinləri - 1991-ci il təvəllüdlü Pərviz Əhməd oğlu Şahmarov, 1987-ci il təvəllüdlü Elvin Ədalət oğlu Həsənov və "VAZ 2107"-in sürücüsü 1970-ci il təvəllüdlü Abış Nasir oğlu Abbasovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan E.Həsənov əməliyyata götürülüb. Onun vəziyyəti ağırdır. A. Abbasovun vəziyyəti isə kafi qiymətləndirilir.

Digər iki yaralı - P. Şahmarov və N.Ağayev isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır./apa

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
317 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024