Xəzər Xəbər

Axtarışda olan 33 nəfər saxlanılıb

Hadisə | 09:26 • 14 Mart 2018
Axtarışda olan 33 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onlardan 21-i "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş veriş, nəticədə 10 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Xəbər lenti