Xəzər Xəbər

Şirvanda yol çökdü

Hadisə | 17:41 • 9 Mart 2018
Şirvanda yol çökdü

Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb.

Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların zirzəmilərinə dolub. Su axını binaların özüllərinə də təhlükə yaradır.

Şirvan Su-kanal idarəsinin müdiri Hamlet Hüseynov bildirib ki, kanalizasiya xəttində yaranmış problem sovet dövründən qalma problemdir. Hazırda magistral kanalizasiya xəttində yaranmış qəzalı vəziyyətlə əlaqədar "Azərsu” ASC tərəfindən tədbirlər görülür. Xəqani küçəsinə "Azərsu” ASC-nin texnikası və işçi qüvvəsi cəlb edilib. Yeni plastik kanalizasiya boruları gətirilib. Qəzanın aradan qaldırılması yaxın 15-20 gündə yekunlaşacağı bildirilir.



Baş vermiş qəza ilə əlaqədar "Azərsu” ASC-nin rəhbər şəxsləri hadisə yerinə gəliblər. "Azərsu” ASC-dən verilən məlumata görə, yaxın aylarda Şirvan şəhərinin kanalizasiya xətləri yenidən qurulacaq. Artıq bunun üçün maliyyə vəsaiti ayrılıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
305 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024