Xəzər Xəbər

Gömrükdə 450 qutu pirotexniki vasitə aşkarlanıb

Hadisə | 11:49 • 3 Mart 2018
Gömrükdə 450 qutu pirotexniki vasitə aşkarlanıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21120"markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qabaq və arxa buferlərində gizlədilən 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Rubrikanın digər xəbərləri

Xəbər lenti