Xəzər Xəbər

Bakıda avtomobillə vurulan 2 nəfər ölüb

Hadisə | 11:57 • 28 Fevral 2018
Bakıda avtomobillə vurulan 2 nəfər ölüb

Bakıda iki nəfəri maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini Nurlan Ağayev idarə etdiyi "Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədirəddin Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Piyadanın ölümü ilə nəticələnən digər yol nəqliyyat hadisəsi Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Faiq Əhmədov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəmziyyə Əliyevanı vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
324 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024