Xəzər Xəbər

Bakıda kişi qısqanclıq zəminində həyat yoldaşını bıçaqladı

Hadisə | 13:16 • 17 Fevral 2018
Bakıda kişi qısqanclıq zəminində həyat yoldaşını bıçaqladı

Bakının Yasamal rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Abbas Mirzə Şərifzadə küçəsindəki mənzildə yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Ramilə Balaqardaş qızı həyat yoldaşı ilə mübahisə edib.

Bu zaman o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində araşdırma aparılır.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. (report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti