Xəzər Xəbər

Orenburqda azərbaycanlı ailənin ölən üzvlərinin adları məlum olub

Hadisə | 10:59 • 13 Fevral 2018
Orenburqda azərbaycanlı ailənin ölən üzvlərinin adları məlum olub

Rusiyanın Orenburq şəhərində baş verən güclü yanğın nəticəsində bir ailədən 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb, onların hamısı azərbaycanlı olub.

"Report"un Rusiya bürosunun məlumatına görə, ilkin məlumatlara əsasən, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.

Yanğın binanın 9-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin məlumatlara görə, yanğın təxminən 10 kvadratmetr sahəni əhatə edib.

Yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.

Şəhərin tibb məntəqəsinə 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər. 4 qadın və 8 yaşlı qız uşağı Orenburq şəhər xəstəxanasında ağır vəziyyətdədir.

Sədaqət Quliyevanın bədənin 95%-i yanıb.

Faktla bağlı cinayət işi açılıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
303 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024