Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.
XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 5-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki zavoddan 120 kiloqram mis külçələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Əzizov və Samir Mürsəlov saxlanılıblar.
Ətraflarında Suraxanı
RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə
onların həmin zavodda mühafizəçi işləyən paytaxt sakini Şahin
Şıxəliyevlə birgə müxtəlif vaxtlarda zavoddan 575 kiloqram mis
məmulatlar oğurlamaları da müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə Ş.Şıxəliyev də saxlanılıb.