Xəzər Xəbər

Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Hadisə | 13:30 • 27 Yanvar 2018
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 121 cinayət faktından 32-nin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, axtarışda olduğuna görə 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti