Xəzər Xəbər

Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb

Hadisə | 12:03 • 21 Yanvar 2018
Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb

Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb.

Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Saray qəsəbə sakini 2001-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Xəlil İlqar oğlu Allahquliyev , Cəlil adlı qardaşı ilə birgə dərsdən evə qayıdarkən naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi onun sol göz nayihəsindən dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən Akademik U. Musabəyli adına Oftalmoloji xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Dərhal tibbi müdaxilə edilib. Kəsilmiş cırılmış göz cərrahi əməliyyat olunub. Hüquq mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır. (Report)

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
317 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024