Xəzər Xəbər

Bakıda qanunsuz ağac kəsən 4 nəfər saxlanılıb

Hadisə | 12:26 • 10 Yanvar 2018
Bakıda qanunsuz ağac kəsən 4 nəfər saxlanılıb

Ötən il fevralın 23-də Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağacları kəsməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.

Bakı şəhər sakini Mehdi Kərimov, Ucar rayon sakini Rauf İsmayılov, Siyəzən rayon sakini Elşad Quliyev və Qubadlı rayon sakini Məqsəd Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
298 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024