Xəzər Xəbər

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs tutuldu - FOTO

Hadisə | 14:37 • 15 Dekabr 2017
Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs tutuldu -

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxt sakini olan bir qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini Orxan Nuriyev saxlanılıb.


Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü aşılıb. Belə ki, araşdırmalarla müəyyən edilib ki, O.Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının da içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Qeyd edək ki, bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
301 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024