Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlar və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində
atəşkəs rejimini 127 dəfə pozub.
Bu barədə XəzərXəbər-ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan
Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan
rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax
rayonunun Fərəhli və Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex,
Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.