Xəzər Xəbər

Maşından 18 qutu pirotexniki vasitə çıxdı

Hadisə | 13:55 • 6 Dekabr 2017
Maşından 18 qutu pirotexniki vasitə çıxdı

Dövlət Gömrük Komitəsi(DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 2101" markalı avtomobillə gələn ölkə vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətinə mütləq bəyan edilməli olan və ya gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.

XəzərXəbər DGK-ya istinadən xəbər verir ki, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin alt hissəsindən gömrük nəzarətindən gizlədilən üzərində "BIG SILVER CRACKER" sözləri yazılan 18 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti