Xəzər Xəbər

Külli miqdarda narkotik müsadirə olunub

Hadisə | 11:36 • 5 Dekabr 2017
Külli miqdarda narkotik müsadirə olunub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nin Narkotiklə mübarizə qrupu əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas İlyasov saxlanılıb. Polis Şöbəsində onun əlindəki polietilen sellofana baxış zamanı 2 bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
210 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti