Xəzər Xəbər

Bakıda baş verən avtobus qəzası ilə bağlı yük maşınının sürücüsü tutulub

Hadisə | 15:44 • 22 Noyabr 2017
Bakıda baş verən avtobus qəzası ilə bağlı yük maşınının sürücüsü tutulub

Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş vermiş ağır yol qəzası haqqı nda məlumat yayıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumatda bildirilir ki, noyabrın 21-də saat 13 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi "Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış "İsuzu” markalı 149 saylı xətt avtobusuna vurub.

Nəticədə avtobusdakı sərnişinlərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Yük avtomobilini idarə edən Y.Həsənov qeyd olunan maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
301 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024