Xəzər Xəbər

Sabirabadda “Kamaz” aşdı

Hadisə | 12:26 • 22 Oktyabr 2017
Sabirabadda “Kamaz” aşdı

Sabirabadda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.

"Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Hacıqabul sakini, 30 yaşlı Pərviz Hidayət oğlu Talıbov idarə etdiyi "Kamaz” markalı yük maşını ilə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti