Xəzər Xəbər

Gömrükdə “Tramadol” aşkar edilib

Hadisə | 11:23 • 19 Oktyabr 2017
Gömrükdə “Tramadol” aşkar edilib

Güclü təsiredici maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq” və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq” markalı dərman preparatları aşkarlanıb.

Xatırladaq ki, "Tramadol” Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
306 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024